İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - YENİLƏNİB

14:03 - 13 / 07 / 2024
İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.

1news.az xəbər verir ki, görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Maria Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini dedi.

Dövlət başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı.

Dövlət başçısı ölkəmizin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışdı. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu dedi və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirdi.

Görüşdə regional bağlantılar məsələsi müzakirə olundu.

Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Maria Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və ölkəmizə səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirdi.

Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını dedi və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxundu. Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğuladı.

Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğuladı və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd etdi.

Helqa Maria Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxundu.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqların işğalı nəticəsində ölkə ərazilərinin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğuladı.

Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıldı.

12:38

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
468

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər