Moskvada Putinlə Bəşər Əsəd arasında görüş keçirilib
Ötən axşam Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş keçirilib.
1news.az-ın xəbərinə görə, bu barədə “İnterfax” agentliyi məlumat yayıb.
"Təbii ki, bütövlükdə regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikirləriniz məni çox maraqlandırır. Təəssüf ki, vəziyyət pisləşməyə meyllidir, biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir”, - Putin Əsədə müraciət edərək Yaxın Şərqdəki vəziyyətlə bağlı deyib.
Bəşər Əsəd bu səfərin iki ölkə arasında diplomatik nümasibətlərin qurulmasının 80-ci ildönümünə təsadüf etdiyini xatırladıb. O deyib ki, bu müddətdə ikitərəfli əlaqələr çoxsaylı çətin sınaqlardan keçib: “Ötən dövr ərzində ölkələrimizin daxilində çoxsaylı dəyişikliklərin şahidi olmuşuq. Lakin zaman göstərdi ki, xalqlarımızın müdrikliyi sayəsində münasibətlərimiz möhkəm etimada əsaslanan təməl prinsipləri qoruyub saxlaya bilib”