Qərbi Azərbaycan İcması Ararat Mirzoyanın normallaşma prosesini təhrif edən açıqlamalarına dair bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Qərbi Azərbaycan İcması Ararat Mirzoyanın normallaşma prosesini təhrif edən açıqlamalarına dair bəyanat yayıb

Qafar Ağayev11:35 - 30 / 07 / 2024
Qərbi Azərbaycan İcması Ararat Mirzoyanın normallaşma prosesini təhrif edən açıqlamalarına dair bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalarına dair bəyanat yayıb.

1news.az bəyanatı təqdim edir: "Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalar verib.Əvvəla 30 il ərzində həmin Almatı Bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa bir ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyasına və demarkasiyasına imkan verməyən məhz Ermənistan olub.

Sərhəd insidentləri və silahlanma üzərində nəzarət mexanizminin yaradılması təklifinə Ararat Mirzoyanın Azərbaycanın reaksiya verməməsi barədə dedikləri beynəlxalq aləmdə özünü konstruktiv tərəf kimi göstərmək tamamilə qeyri-səmimi və mənasız cəhddir. 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada adi silahlara nəzarət sahəsində çoxtərəfli mexanizmləri tapdalayaraq, Azərbaycan ərazilərini işğal etmiş və orada qoşun və silah yerləşdirmiş Ermənistan hər hansı başqa silahlara nəzarət mexanizminə necə “riayət” edəcəyi heç kimdə şübhə doğurmur.

Bundan başqa, Ermənistanın konstitusiyası və qanunvericiliyində Azərbaycana ərazi iddialarının qaldığı müddətdə bu ölkənin sülh prosesinə sadiqliyi sual altındadır.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan Qarabağ ermənilərinin guya zorla köçürülməsi barədə böhtançı açıqlamalar vermək, qondarma qurumun “təsisatları”nın anti-Azərbaycan fəaliyyətinə göz yummaq, militarizasiya siyasəti yüürütmək, sərhəddə gərginlik yaratmaq əvəzinə, Azərbaycanla sülh istəyində səmimi olmalı və bu xüsusda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır".

Paylaş:
396

Son xəbərlər

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO10 / 09 / 2024, 17:00DİN: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb10 / 09 / 2024, 16:48Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub10 / 09 / 2024, 16:22Azərbaycan sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı10 / 09 / 2024, 16:12Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib10 / 09 / 2024, 15:42Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur10 / 09 / 2024, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıb10 / 09 / 2024, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib10 / 09 / 2024, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib10 / 09 / 2024, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb10 / 09 / 2024, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaq10 / 09 / 2024, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub10 / 09 / 2024, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edir10 / 09 / 2024, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər10 / 09 / 2024, 13:52
Bütün xəbərlər