Metroda vətəndaşdan telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda vətəndaşdan telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev11:52 - 06 / 08 / 2024
Metroda vətəndaşdan telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Metropolitendə Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metronun “20 Yanvar” stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb.

DİN-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər