Bakı hava limanı yeni rekorda yaxınlaşır: 2024-cü ilin 7 ayında 4 milyondan çox sərnişin | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı hava limanı yeni rekorda yaxınlaşır: 2024-cü ilin 7 ayında 4 milyondan çox sərnişin

Qafar Ağayev12:45 - 07 / 08 / 2024
Bakı hava limanı yeni rekorda yaxınlaşır: 2024-cü ilin 7 ayında 4 milyondan çox sərnişin

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni rekordlara imza atmağa davam edir. 2024-cü ilin iyul ayında hava limanı 6,171 uçuşda 815 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 23% çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən 1news.az-a verilən məlimata görə, bu dövrdə bu rəqəm 663 min nəfər təşkil etmişdir.

Belə ki, beynəlxalq marşrutlarda daşınan sərnişinlərin 52% xarici aviaşirkətlərin, qalanı milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 380 mindən çox, “Azərbaycan Hava Yolları” 351 min sərnişin daşıyıb. Bu dövrdə Naxçıvan istiqamətində isə milli aviadaşıyıcı tərəfindən 745 uçuş həyata keçirilib, 85 mindən çox sərnişinə xidmət göstərilib.

Tranzit sərnişinlərin sayında da əhəmiyyətli artım müşahidə olunub - 2023-cü ilin iyul ayı ilə müqayisədə təxminən üç dəfə artaraq 36 min nəfər təşkil edib. Bu, bir daha Bakı havalimanının tranzit qovşağı kimi artan strateji əhəmiyyətini vurğulayır.

Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Dubay, Tbilisi və Əbu-Dabi şəhərləri qalır. Bu marşrutlarda 320 mindən çox sərnişin daşınıb.

Ümumilikdə, 2024-cü ilin 7 ayı ərzində Bakı hava limanı 4,204 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2% çoxdur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək üçün xidmət keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi və uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Paylaş:
294

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər