Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb - YENİLƏNİB

16:08 - 12 / 08 / 2024
Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə suda batan şəxslə bağlı məlumat yayıb.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

14:08

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.

Onun meyti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər