Şəbnəm Həsənova: “Xalqımız bir daha demokratik seçki mədəniyyəti nümayiş etdirəcək” | 1news.az | Xəbərlər
Müsahibə

Şəbnəm Həsənova: “Xalqımız bir daha demokratik seçki mədəniyyəti nümayiş etdirəcək”

11:48 - 14 / 08 / 2024
Şəbnəm Həsənova: “Xalqımız bir daha demokratik seçki mədəniyyəti nümayiş etdirəcək”

Politoloq Şəbnəm Həsənova sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin əhəmiyyəti barədə“Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb.

1news.az müsahibəni təqdim edir:

- Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin siyasi proseslərə təsiri nədən ibarətdir?

- Ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycanda 2024-cü ilin başlanğıcında Prezident seçkiləri keçirildi. Azərbaycan dövlətinin amalı odur ki, cari ildə parlament seçkiləri zamanı da insanların istəkləri öz əksini ədalətli şəkildə tapsın. Partiya mənsubiyyətindən, siyasi kimliyindən asılı olmayaraq, hər kəs bütün qayda və qanunlara əməl etməlidir.

Seçkilər həm də daxili siyasi sabitliyi gücləndirir. Bu baxımdan, şübhəsiz ki, nümunəvi seçki prosesinin başqa bir tərəfi də var. Belə ki, seçki investorların inamını artıracaq və beynəlxalq ictimaiyyətin dəstəyinə gətirib çıxaracaq. COP29 ərəfəsində seçkilərin xalqımızın müzəffər imicinə yaraşan formada keçirilməsi hər birimiz üçün vətəndaşlıq borcu olmalıdır. Azad olunan torpaqlarda ilk parlament seçkilərinin keçirilməsi tarixi olduğu qədər, həm də mənəvi və həssas məsələdir.

- Seçkidə qalib gəlməyənlər bəzən tənqidi fikirlər səsləndirir. Bu barədə nə deyə bilərsiniz?

-Dövlətimiz regiona hər zaman nümunədir. Mövcud prosesə inamın çox olması vacibdir. Bu halda bütün tərəflərin, o cümlədən seçki prosesində uduzan namizədlərin nəticəni qəbul etməsi ehtimalı bir o qədər çox olar. Azərbaycanda seçki prosesinə inam böyükdür. Proses ondan xəbər verir ki, xalqımız bir daha seçki mədəniyyəti nümayiş etdirəcək.

Paylaş:
863

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər