Aygün Attar: “Azərbaycanda keçiriləcək parlament seçkilərinin strateji önəmi var” | 1news.az | Xəbərlər
Siyasət

Aygün Attar: “Azərbaycanda keçiriləcək parlament seçkilərinin strateji önəmi var”

Qafar Ağayev12:57 - 14 / 08 / 2024
Aygün Attar: “Azərbaycanda keçiriləcək parlament seçkilərinin strateji önəmi var”

“Azərbaycan bu il bir dəfə növbədənkənar seçkilər keçirib, hazırda ikincisinə hazırlaşır”.

1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, azərbaycanlı professor Aygün Attar deyib.

O, deyib ki, Prezident seçkiləri ilə parlament seçkilərinin növbədənkənar keçirilməsinin səbəbi bir-birini tamamlayır”.

“Vətən müharibəsindən sonra Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə Azərbaycanın qarşısında yeni strategiyalar, iqtisadi inkişaf üçün addımlar, yerini dünyada gücləndirmək üçün işlər durur. Məlumdur ki, parlamentlər ölkədə qanunvericilik orqanlarıdır, toplaqlarımız işğaldan azad olunduqdan sonra Milli Məclisin yenidən formalaşdırılmasına ehtiyac var idi. Çünki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.

A.Attar əlavə edib ki, indiki dövrdə Azərbaycanda parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətli və strateji bir qərardır.

“Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanın da həm qısa müddətdə, həm də uzun müddətdə həyata keçirdiyi çoxvektorlu xarici siyasəti üçün daha dinamik, daha canlı və dövrün reallığına uyğunlaşmış parlamenti olmalıdır. Əminəm ki, Azərbaycanın dövlətçiliyinin əsasını təşkil edən milli strategiyanın tənzimlənməsində yeni tərkibdə parlament böyük rol oynayacaq”, – deyə Aygün Attar əlavə edib.

Paylaş:
354

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər