Bakıda əl qumbarası aşkarlanaraq zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda əl qumbarası aşkarlanaraq zərərsizləşdirilib

13:00 - 17 / 08 / 2024
Bakıda əl qumbarası aşkarlanaraq zərərsizləşdirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Rizayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd “M-75” markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd avtomat darağı Nərimanov rayonu, Ziya Bünyadov prospektində körpünün altında aşkar edilərək götürülüb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
269

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər