Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir

Qafar Ağayev08:57 - 23 / 08 / 2024
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir

Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.

Bu barədə 1news.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Paylaş:
737

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

16 / 10 / 2025, 12:42

Sabirabad sakini itkin düşüb

16 / 10 / 2025, 12:39
Bütün xəbərlər