Azərbaycanda 60-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 60-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib

Qafar Ağayev11:07 - 26 / 08 / 2024
Azərbaycanda 60-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib

Bu ilin yanvar-iyun aylarında satış imkanlarını artırmaq və yeni bazarlara çıxışa dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bu istiqamətdə təklif etdiyi xidmətlərdən 60-a yaxın mikro, kiçik və orta biznes (KOB) subyekti faydalanıb.

KOBİA-dan 1news.az-a verilən məlumata görə, Agentliyin təşkilatçılığı və ya dəstəyi ilə keçirilmiş 4 sərgi və yarmarkada 38 KOB subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb. Bu sərgilər çərçivəsində KOB-lar məhsullarını geniş auditoriyaya təqdim etməklə və yeni əməkdaşlıqlar qurmaqla satış imkanlarını genişləndiriblər.

Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını artırmaq istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. Ətraflı: https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek

Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 24 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 21 sahibkara dəstək göstərilib.

Qeyd edək ki, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə Bakı şəhərində fəaliyyət göstərən ticarət şəbəkələrində 8 satış nöqtəsi yaradılıb. Ətraflı: https://smb.gov.az/az/nav/ticaret-sebekelerine-cixis-1

Paylaş:
126

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər