Sergey Xomenko: Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən etmədik | 1news.az | Xəbərlər
Siyasət

Sergey Xomenko: Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən etmədik

13:09 - 02 / 09 / 2024
Sergey Xomenko: Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən etmədik

Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə biz Füzuli, Şuşa və Xankəndidə olduq, oradakı bütün seçki məntəqələrində müşahidə apardıq.

Deməliyəm ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin hər hansı müddəasının pozulmasını görmədik. Bundan başqa, MSK hazırlıq işlərini yüksək səviyyədə təşkil edərək bütün qaydalara əməl olunmasını təmin edib.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurası sədrinin müavini Sergey Xomenko növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında söyləyib.

"Biz bir neçə amilə diqqət yetirdik, Azərbaycan xalqının seçkilərdə öz iradəsini nümayiş etdirməsini, ictimai asayişin qorunmasının təşkilini, ümumilikdə xalqın bu seçkilərdə iştirak əzmini müşahidə etdik. MDB-nin bu missiyasının bəyanatında qeyd edildiyi kimi, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən edilməyib. Bu da seçkilərin yüksək səviyyədə keçirilməsinə dəlalət verir", - deyə o diqqətə çatdırıb.

S.Xomenko Azərbaycan və Belarus parlamentləri arasında qurulmuş ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvarlığını ifadə edib.

Paylaş:
482

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər