Efiopiyalı parlamentari: Seçki məntəqələrində hər şeyin dinc şəraitdə keçdiyinin şahidi olduq | 1news.az | Xəbərlər
Siyasət

Efiopiyalı parlamentari: Seçki məntəqələrində hər şeyin dinc şəraitdə keçdiyinin şahidi olduq

10:28 - 02 / 09 / 2024
Efiopiyalı parlamentari: Seçki məntəqələrində hər şeyin dinc şəraitdə keçdiyinin şahidi olduq

Müşahidəmiz zamanı seçki məntəqələrində hər şeyin dinc şəraitdə keçdiyinin şahidi olduq.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Efiopiya parlamentinin Nümayəndələr Palatasının komitə sədri Evebete Alene Yalev səsləndirib.

“Bizim əsas missiyamız Bakıda həyata keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyası bizə lazımi dəstəyi göstərib. Saat səkkizdən başlayan müşahidələrimiz zamanı məntəqələrdə hər şeyin dinc şəraitdə keçirildiyinin şahidi olduq. Onların fəaliyyətinə müdaxilə edən heç kəs yox idi. Müşahidələrimiz zamanı gördük ki, məntəqələrdəki səlahiyyətli şəxslər öz hüquqlarını yaxşı bilirlər, seçicilərə xoş davranaraq kömək edirlər. Səs verən şəxslər namizədlərini müdaxilə olmadan seçə bilirdilər. Məntəqələrdə hər hansı problem baş vermədi. Seçki dinc şəraitdə, sərbəst, azad və demokratik oldu. Bunu bütün məntəqələrlə bağlı demək mümkündür”, - deyə o əlavə edib.

Efiopiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən Evebete Alene Yalev deyib: “Biz Azərbaycan xalqına və hökumətinə uğurlar, inkişaf arzulayırıq”.

Paylaş:
239

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər