Binəqədinin qaz təchizatında fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Qafar Ağayev10:12 - 04 / 09 / 2024
Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

1news.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsindən İ.P.Dadaşov küçəsinə qədər yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sentyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir quraşdırma işləri görülən zaman Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, Dərnəgül, Ş.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
179

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər