Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb

Qafar Ağayev16:02 - 12 / 09 / 2024
Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin "Coursera" şirkəti tərəfindən birgə həyata keçirilən "4Sİ Akademiyası"nın pilot mərhələsi yekunlaşıb.

Qeydiyyatdan keçən 10 min nəfər 1 il ərzində mərhələli şəkildə “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçılar 32 mindən çox kursa qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər.

Layihənin məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Təqdim edilən kurslar 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera və dil biliklərinə hazırlıq kimi kateqoriyalara bölünür. İstifadəçilərə Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və “Microsoft”, “IBM”, “Meta” və “Google” kimi şirkətlərin 800-ə yaxın kursundan yararlanmaq təklif edilib. Kursların umumi müddəti 4-6 həftə olmaqla, video mühazirələr, tapşırıqlar və testlərdən ibarətdir.

Qeyd edək ki, “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq istəyənlər üçün yaş və digər məhdudiyyətlər qoyulmayıb. Həyat boyu öyrənmənin təminatı layihənin məqsədlərindən biridir. Kursları uğurla başa vuran iştirakçılar “Coursera”nın beynəlxalq səviyyədə tanınan sertifikatlarını əldə edirlər. “4Sİ Akademiyası” istifadəçilərinin ən çox müraciət etdiyi kurs "DeepLearning.AI" tərəfindən təklif olunan "Hamı üçün süni intellekt" (3,5 min istifadəçi) proqramı olub. IBM şirkətinin "Data elmi nədir?" və Nyu-York Dövlət Universitetinin "Blokçeynin əsasları" kurslarının hər birindən 3 min nəfər yararlanıb.

Layihənin milli proqram şəklində davam etdirilməsi nəzərdə tutulub.

Paylaş:
167

Son xəbərlər

Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTOBu gün, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıbBu gün, 15:50Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07
Bütün xəbərlər