COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib

Qafar Ağayev16:45 - 12 / 09 / 2024
COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib

2024-cü il sentyabrın 12-də COP28 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), COP29 Azərbaycan və COP30 Braziliya Sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçirib.

1news.az xəbər verir ki, əsas məqsədi COP29 çərçivəsində keçiriləcək mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən etmək olan görüşdə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, BƏƏ mədəniyyət naziri Səlim bin Xalid Əl Qassimi və Braziliya mədəniyyət naziri Marqaret Menezes iştirak edib.

Şarm Əl-Şeyxdə keçirilmiş COP27-dən başlayaraq beynəlxalq gündəlikdə mədəniyyətin iqlim fəaliyyətindəki rolu aktuallıq qazanmağa başlayıb. Qeyd edək ki, ötən il Dubayda keçirilən COP28 zamanı, BƏƏ və Braziliya sədrlikləri ilə "Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Əmirliklər Bəyannaməsi" qəbul olunub. Bu çərçivədə 30-dan çox nazir və hökumət nümayəndəsini, həmçinin beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini bir araya gətirərək, mədəniyyətin transformativ iqlim fəaliyyətindəki rolunu əhatə edən mədəniyyət nazirlərinin Birinci Yüksək Səviyyəli görüşü keçirilib.

Azərbaycan da öz növbəsində bu məsələni hər zaman xüsusi diqqətdə saxlamış və qlobal səviyyədə müzakirə olunması istiqamətində davamlı işlər aparmaqdadır. 1-3 may tarixlərində baş tutan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı dünyanın aparıcı iqlim və irs üzrə ekspertlərinin iştirakı ilə baş tutmuş xüsusi plenar sessiyanı buna nümunə kimi göstərmək olar.

Hər iki nazir Azərbaycan tərəfinə bu məsələləri daima diqqətdə saxladığına və beynəlxalq müstəvidə təbliğ etdiyinə görə təşəkkürlərini bildirib.

COP29-un hazırlıq işləri ilə də tanış olan Braziliya və BƏƏ mədəniyyət nazirləri hazırlıq işlərini yüksək qiymətləndirib və Bakıda keçiriləcək COP29-un ən yaddaqalan tədbir olacağına əmin olduqlarını ifadə ediblər.

Eyni zamanda görüş zamanı nazirlər COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan əlavə tədbir, təşəbbüs, o cümlədən konsert və şou poqramlar barədə də fikir mübadiləsi aparıblar.

Paylaş:
534

Son xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 09:14Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:08Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52
Bütün xəbərlər