Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
İdman

Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Qafar Ağayev17:23 - 19 / 09 / 2024
Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Sentyabrın 21-i saat 21:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Paylaş:
1243

Son xəbərlər

Bütün xəbərlər