Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlanıb

Qafar Ağayev13:48 - 01 / 10 / 2024
Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlanıb

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya külli miqdarda narkotik vasitənin aparılmasının qarşısı alınıb.

1news.az-ın məlumatına görə, narkotik vasitələr “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən aşkar edilib.

“Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub”, - Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər