Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qafar Ağayev16:14 - 01 / 10 / 2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
174

Son xəbərlər

Bütün xəbərlər