İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

Qafar Ağayev17:36 - 01 / 10 / 2024
İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

Oktyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında cari qlobal və regional böhranlar fonunda Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin üzləşə biləcəyi təhlükəsizlik çağırışlarına adekvat reaksiya mexanizmləri barədə ətraflı çıxış etdiyini diqqətə çatdırıb.

Müasir dövrdə hibrid müharibə taktikalarının genişləndiyini qeyd edən F.Şəfiyevin sözlərinə görə, artıq dövlətlər öz hüdudlarının təhlükəsizliyini hərbi sursatlarla yox, həm də texnoloji imkanlardan faydalanaraq qorumalıdır.

Azərbaycanın hər zaman milli maraqlara əsaslanan balanslı xarici siyasət yürütdüyünü deyən BMTM sədri ölkəmizin həm Qərb, həm də Şərq ölkələri ilə fəal əməkdaşlıq etdiyini bildirıb. O, həmçinin ABŞ və Avropa İttifaqında (Aİ) Azərbaycan əleyhinə çalışan qüvvələrlə yanaşı, ölkəmizi dəstəkləyən və əməkdaşlığın inkişafı üçün çalışan qüvvələrin olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət xətti və geosiyasi vəziyyət” mövzusunda paneldə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın regional geosiyasəti formalaşdıran ölkə olduğunu və Ermənistanın kənar qüvvələr tərəfindən silahlandırılmasının bu gerçəkliyi dəyişməyəcəyini bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün geniş imkanlar olduğu halda, Ermənistan daxilindəki revanşizm və üçüncü dövlətlərin regiona müdaxilə cəhdləri bu tarixi fürsətdən yararlanmaq imkanlarının qarşısını alır.

Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, digər regional və qlobal aktorlara münasibətdə fəal xarici siyasət yürütdüyünü deyən R.Musabəyov ölkəmizin bu əlaqələrdə subyektivlik amilini qoruduğunu vurğulayıb.

Milli Məclisin deputatı Fariz İsmayılzadə isə artan hibrid hücumlara diqqət çəkərək, Kanada və Avropa dövlətləri tərəfindən Ermənistana verilən dəstəyin təhlükəsizlik riskləri yaratdığını, Cənubi Qafqazda sülh və əmin-amanlıq əvəzinə, rəqabət və silahlanmanı gücləndirdiyini bildirib.

F.İsmayılzadə çıxışında iqtisadi potensialın gücləndirilməsinin də vacibliyinə toxunub.

Milli Məclisin deputatı Qaya Məmmədov Ermənistan daxilindəki revanşistlərlə yanaşı, hökumətdəki qüvvələrin anti-Azərbaycan siyasətini regional təhlükəsizliyə əsas hədə olaraq dəyərləndirib. Onun sözlərinə görə, Fransa və Hindistan ilə artan hərbi əməkdaşlıq, böyük atəş gücünə malik silahların tədarükü və xarici məsləhətçilərin Ermənistan ordusuna cəlb edilməsi, bunlarla paralel, minatəmizləmə fəaliyyətlərində Azərbaycana adekvat dəstək göstərilməməsi həmin ölkələrin İrəvanın təcavüzkar siyasətlərinə birbaşa dəstək verməsinin göstəricisidir.

Deputat Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdən kənarda saxlanmasını ikili standartlar siyasətinin təzahürü kimi xarakterizə edib.

Milli Məclisin deputatı Ramid Namazov Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı səsləndirdiyi fikirlərin daxili auditoriya ilə yanaşı, Ermənistana və onu dəstəkləyənlərə, dost və müttəfiq ölkələrə aid tezislər ehtiva etdiyini deyib. Qarabağ müharibəsinin nəticələrinin bütün dünya tərəfindən tanındığını xatırladan R.Namazov Ermənistandaxili revanşizmi, habelə Fransa, Hindistan kimi ölkələrin Cənubi Qafqaza müdaxilə cəhdlərini əsas təhdid mənbəyi kimi qiymətləndirib.

Sonra BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə “Parlament diplomatiyası və beyin mərkəzləri icması” mövzusunda panel keçirilib. Paneldə xarici siyasətin formalaşdırılmasında və həyata keçirilməsində parlament fəaliyyətinin rolu və beyin mərkəzlərinin sözügedən proseslərə töhfəsi müzakirə edilib.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Paylaş:
129

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər