Sərhədçilər sentyabrda 1,5 milyon manatlıq qaçaqmalın ölkəyə keçməsinin qarşısını aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədçilər sentyabrda 1,5 milyon manatlıq qaçaqmalın ölkəyə keçməsinin qarşısını aldı

Qafar Ağayev10:42 - 02 / 10 / 2024
Sərhədçilər sentyabrda 1,5 milyon manatlıq qaçaqmalın ölkəyə keçməsinin qarşısını aldı

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 529 min 391 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd avtomat darağı (23 ədəd patronu ilə birlikdə), 2 ədəd tapança darağı (75 ədəd patronu ilə birlikdə), dərman preparatları və tütün məmulatları saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 74 kiloqram 627 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 44195 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər