Ceyhun Bayramov TDT XİN Şurasında COP29-a hazırlıqdan danışıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasında COP29-a hazırlıqdan danışıb - YENİLƏNİB

Qafar Ağayev10:24 - Bu gün
Ceyhun Bayramov TDT XİN Şurasında COP29-a hazırlıqdan danışıb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında iştirak və çıxış edib.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çıxışda TDT çərçivəsində iqtisadi-ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində təşəbbüsləri və baxışı, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən ətraflı bəhs olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin ailəmiz hesab etdiyimiz Türk dünyası çərçivəsində əməkdaşlığa strateji baxışının əsasında ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində səy və təşəbbüslərini davam etdirmək niyyəti diqqətə çatdırılıb, bu istiqamətdə TDT Katibliyinin heyət və büdcəsinin artırılmasının əhəmiyyəti qeyd olunub.

Beynəlxalq qurum və təsisatlara inamın azaldığı bir dövrdə tarixi Naxçıvan sazişi ilə əsası qoyulmuş TDT-nin yaradılmasından ötən 15 il ərzində Təşkilatın bölgədə və dünyada etibarlı regional təşkilata çevrilməsinin məmnunluq doğurduğu qeyd edilib.

“Türk Dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçiriləcək Zirvə Görüşünün, habelə bu çərçivədə qəbul olunacaq Bəyannamə və Türk Dünyasının Xartiyası da daxil olmaqla bütün sənədlərin Təşkilatın inkişaf dinamikasına müsbət təsir göstərəcəyinə dair inam ifadə olunub.

Qeyd edilib ki, mövcud regional və beynəlxalq çağırışların fonunda bölgəmizdə birgə rifah və ümumi məqsədlərə nail olunması istiqamətində iqtisadi potensialın gücləndirilməsi, ticarət dövriyyəsinin daha da artırılması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə, 6 iyulda Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü çərçivəsində qəbul olunmuş Qarabağ Bəyannaməsinin Türk dövlətlərinin potensialının reallaşdırılması, əhəmiyyətli birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə vurğu etməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyəti, o cümlədən TDT-nin Macarıstandakı nümayəndəlik ofisinin işi təqdir olunub. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycanın yenidənqurma fəaliyyətinin birgə əməkdaşlıq, o cümlədən Orta Dəhlizin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Çıxış zamanı, həmçinin ölkəmizin COP29 sədrliyi, görülən hazırlıq işlərindən ətraflı bəhs olunub, Türk dünyasında ilk dəfə keçiriləcək bu mötəbər tədbir çərçivəsində bir sıra birgə təşəbbüslərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

İclasın sonunda xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalanıb.

09:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk_Dövlətləri Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.

Nazir çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və s. sahələrdə əməkdaşlığın perspektivlərinə, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüs və fikirlərinə toxunub.

Həmçinin COP29-a hazırlıq barədə danışıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Paylaş:
82

Son xəbərlər

Bakıda evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:34İlham Əliyev: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklərBu gün, 12:18Prezident: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəkBu gün, 12:08ABŞ-də seçkilərin nəticələri bəlli olur - Tramp öndədirBu gün, 11:42İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir - YENİLƏNİBBu gün, 11:40Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB 1Bu gün, 11:37“McDonald's” Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədəkBu gün, 10:42Ceyhun Bayramov TDT XİN Şurasında COP29-a hazırlıqdan danışıb - YENİLƏNİBBu gün, 10:24“Toyota” yeni “Camry”ni təqdim edir – FOTO - VİDEOBu gün, 10:18Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 09:54Radio və televiziya işçilərinin peşə bayramı günüdürBu gün, 09:37AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:33Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutub - FOTOBu gün, 09:20Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıbBu gün, 09:12Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 09:03FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53
Bütün xəbərlər