AYNA: COP29-un ilk günü şatllardan 35 min sərnişin istifadə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA: COP29-un ilk günü şatllardan 35 min sərnişin istifadə edib

Qafar Ağayev11:43 - 12 / 11 / 2024
AYNA: COP29-un ilk günü şatllardan 35 min sərnişin istifadə edib

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 35 000 sərnişin daşınıb.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, tədbirin keçirilməsi ilə əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində və son dayanacaq məntəqələrində edilən dəyişikliklər sərnişinlərin ünvana çatmasında maneə yaratmayıb. AYNA-nın 350 əməkdaşının iştirak etdiyi sərnişindaşıma əməliyyatında ümumi səfər sayı 4 000-dən ibarət olub.

Şatlların düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.

AYNA xüsusi ilə qeyd edib ki, bütün daşımalar ödənişsiz həyata keçirilib, eyni zamanda sərnişinlərin itən əşyaları da operativ qaydada tapılaraq sahiblərinə təhvil verilib. Ekoloji cəhətdən davamlılığın təmin edilməsində əhəmiyyətli rol oynayan elektrik mühərrikli taksilər və avtobuslardan istifadə Bakının davamlı inkişafa və ətraf mühitin mühafizəsinə sadiqliyini vurğulayıb.

“Nəqliyyatın ümumi təcrübəsi ilə bağlı yüksək səviyyəli təşkilatçılıq və idarəetmə tədbir iştirakçılarının, eləcə də şəhər sakinlərinin məmnunluğunu qazanıb. Hər hansı insidentin baş verməməsi daşımaların təşkili ilə məşğul olan bütün xidmətlərin yüksək hazırlığının və peşəkarlığının sübutudur. Bu tədbir Bakının kritik iqlim siyasəti məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma kimi imicini gücləndirməklə yanaşı, beynəlxalq tədbirlərin tələblərini ödəyə bilən müasir ictimai nəqliyyatın imkanlarını da nümayiş etdirir”, - deyə məlumatda bildirilib.

Paylaş:
95

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər