Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib

11:58 - 06 / 12 / 2024
Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr edilmiş konfrans keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, konfransda millət vəkilləri, ictimaiyyət nümayəndələri və sözügedən adanın təmsilçiləri iştirak edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, rəhbərlik etdiyi təşkilat müstəmləkəçilik əleyhinə mübarizənin beynəlxalq hüquq çərçivəsində aparılmasının tərəfdarıdır.

O, eyni zamanda, Bakı Təşəbbüs Qrupunun müstəmləkə şəraitində yaşayan xalqlara dəstək istiqamətindəki fəaliyyətindən danışıb:

"İndiyə qədər Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq plarformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq".

Sen Martin adasının Parlament üzvü Franklin Meyers müstəmləkədən xilasın bu şəraitdə yaşayan istənilən xalqın müstəsna hüququ olduğuna diqqət çəkib.

O, bu yolda göstərilən dəstəyə görə Bakı Təşəbbüs Qrupuna minnətdarlıq edib:

"Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır. Biz Bakı Təşəbbüs Qrupuna bu istiqamətdə göstərdiyi dəstəyə görə təşəkkür edirik".

Sen Martin adasında fəaliyyət göstərən"One Saint Martin" Assosiasiyasının prezidenti Rhonda Arrindell isə deyib ki, ada 1627-1631-ci illərdə Fransa və Niderlandın işğalı ilə üzləşib: "Son illər ərzində baş verən mühüm qlobal siyasi proseslər nəticəsində müstəmləkə xalqlarının müstəqillik ideyaları güclənməyə başlayıb".

Tədbir panel müzakirə formatında davam etdirilib.

Paylaş:
143

Son xəbərlər

“Kartdan karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilibBu gün, 15:47Yaşar Gülər DSX rəisi Elçin Quliyevi qəbul edibBu gün, 15:46ADY: Yaxın günlərdə Balakən istiqamətində sərnişin qatarları fəaliyyətə başlayacaqBu gün, 15:29Bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günüdürBu gün, 15:22Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilibBu gün, 15:03Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıbBu gün, 14:50Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib - FOTO - VİDEOBu gün, 14:37DTX-nin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edibBu gün, 14:29Daxili İşlər Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edibBu gün, 13:58141 mindən çox proaktiv müavinət və təqaüd təyin olunubBu gün, 13:38Lenovo rəsmisi: Süni intellektin müştərilərimiz üçün daha da əlçatan olmasına sərmayə qoymağa davam edirikBu gün, 13:35AFFA “Qarabağ” klubunu 2000 manat cərimələyibBu gün, 13:20Yağış, qar yağacağı gözlənilir - Hava proqnozuBu gün, 12:51Ceyhun Bayramov: Ermənistanla sülh müqaviləsi layihəsi üzrə 15 maddə razılaşdırılıbBu gün, 12:39Əli Əsədov səfirlikdə Heydər Əliyevin xatirəsini yad etdi - FOTOBu gün, 12:20Türkiyə səfirindən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIMBu gün, 12:00Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıbBu gün, 11:45Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıbBu gün, 11:15Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılırBu gün, 11:14Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edibBu gün, 11:05
Bütün xəbərlər