İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib

Qafar Ağayev16:31 - 13 / 12 / 2024
İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

1news.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772) aşağıdakı dəyişikliklər edilib:

1. 43.1-ci maddəyə “211.1,” rəqəmlərindən sonra “212.4-1,” rəqəmləri, “264.0.5,” rəqəmlərindən sonra “266.3-1,” rəqəmləri əlavə edilsin.

2. 212-ci maddə üzrə:

2.1. 212.4-cü maddənin sanksiyasında “əlli” sözü “üç yüz” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 212.4-1-ci maddə əlavə edilsin:

“212.4-1. Bu Məcəllənin 212.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.”.

3. 266-cı maddə üzrə:

3.1. 266.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.”;

3.2. aşağıdakı məzmunda 266.3-1-ci və 266.4-1-ci maddələr əlavə edilsin:

“266.3-1. Bu Məcəllənin 266.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.”;

“266.4-1. Məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə –

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”.

4. 301.2-ci maddənin dispozisiyasında “zibil” sözü “tullantı” sözü ilə, sanksiyasında isə “otuz” sözü “beş yüz” sözləri ilə əvəz edilsin.

5. 306-cı maddə üzrə:

5.1. 306.1-ci maddənin dispozisiyasında “vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə” sözləri “vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa” sözləri ilə, sanksiyasında isə “on beş” sözləri “iki yüz” sözləri ilə əvəz edilsin;

5.2. 306.3-cü maddənin sanksiyasında “otuz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.

6. 308.2-ci maddənin dispozisiyasında “zibil” sözü “tullantı” sözü ilə, sanksiyasında isə “otuz” sözü “üç yüz” sözləri ilə əvəz edilsin.

7. 327.1-ci maddənin dispozisiyasından “, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına” sözləri çıxarılsın.

8. 338.3-cü maddənin dispozisiyasından “, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına” sözləri çıxarılsın.

9. 352-ci maddə üzrə:

9.1. 352.0, 352.0.1 – 352.0.12-ci maddələr müvafiq olaraq 352.1, 352.1.1 – 352.1.12-ci maddələr hesab edilsin və 352.1.2-ci maddənin dispozisiyasından “zibillənməsinə, yaxud” və “zibil və” sözləri çıxarılsın;

9.2. 352.1.3-cü maddəyə “aparılmasına” sözündən sonra “, yaxud məişət tullantılarının daşınması zamanı belə tullantıların və ya tullantıdan ayrılan mayenin ətrafa tökülməsinə” sözləri əlavə edilsin;

9.3. aşağıdakı məzmunda 352.2-ci maddə əlavə edilsin:

“352.2. Yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.”.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı bəzi fərmanlara dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.

Paylaş:
101

Son xəbərlər

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 12:38Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:1214 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43Sumqayıtda fəhlə iş zamanı ölüb13 / 12 / 2024, 17:29Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib13 / 12 / 2024, 17:16Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib13 / 12 / 2024, 17:05Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib13 / 12 / 2024, 16:56Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib13 / 12 / 2024, 16:35İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib13 / 12 / 2024, 16:31Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı13 / 12 / 2024, 16:28
Bütün xəbərlər