Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Türkiyə xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
1news.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri "X"də paylaşım edib.
"Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən, illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Türkiyə dünən olduğu kimi, bu gün də hər zaman əziz Azərbaycanın yanındadır", - nazir qeyd edib.
65