Rusiya və ABŞ heyətləri İstanbulda bir araya gələcək | 1news.az | Xəbərlər
Dünya

Rusiya və ABŞ heyətləri İstanbulda bir araya gələcək

Qafar Ağayev16:44 - Bu gün
Rusiya və ABŞ heyətləri İstanbulda bir araya gələcək

Rusiyanın Xarici İşlər Naziri Lavrov, Rusiya və ABŞ heyətlərinin səfirliklərin fəaliyyəti məsələsini müzakirə etmək üçün 27 fevralda İstanbulda bir araya gələcəyini açıqladı.

1news.az xəbər verir ki, 18 fevral çərşənbə axşamı ABŞ və Rusiya rəsmiləri Riyadda görüşmüşdü.

Lavrov və Rubio rəhbərliyində aparılan danışıqlar 4,5 saat davam edərək başa çatdı. Lavrov, “ABŞ tərəfi ilə müsbət görüşlərimiz oldu, bir-birimizi dinlədik” deyə açıqlama verərkən, Rubio Rus-Ukrayna müharibəsini bitirəcək sülh danışıqlarını aparmaq və iqtisadi əməkdaşlığı təşviq etmək üçün yüksək səviyyəli qrup yaratmaq barədə Rusiya heyəti ilə razılığa gəldiklərini bildirdi. Bu inkişafdan sonra isə son dəqiqə açıqlaması verildi. Rusiyanın Xarici İşlər Naziri Lavrov, Rusiya və ABŞ heyətlərinin səfirliklərin fəaliyyəti məsələsini müzakirə etmək üçün 27 fevralda İstanbulda bir araya gələcəyini açıqladı.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər