RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Qafar Ağayev10:12 - 19 / 03 / 2025
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.

Bu barədə 1news.az-a nazirlikdən birldirilib.

Bununla bağlı Rəqəmsal RİNN-in qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Paylaş:
91

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər