Ağdamda silahlı şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda silahlı şəxs saxlanılıb

Qafar Ağayev10:57 - 19 / 03 / 2025
Ağdamda silahlı şəxs saxlanılıb

Ağdamda silahlı şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə baxış zamanı "AK" markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
90

Son xəbərlər

İmişlidə zəlzələ olub

28 / 03 / 2025, 16:51
Bütün xəbərlər