Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Qafar Ağayev11:44 - 19 / 03 / 2025
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

1news.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Paylaş:
102

Son xəbərlər

İmişlidə zəlzələ olub

28 / 03 / 2025, 16:51
Bütün xəbərlər