Rusiyanın Xalq artisti Larisa Qolubkina vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Xalq artisti Larisa Qolubkina vəfat edib

14:09 - 22 / 03 / 2025
Rusiyanın Xalq artisti Larisa Qolubkina vəfat edib

Rusiyanın Xalq artisti Larisa Qolubkina 85 yaşında vəfat edib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aktrisa son illərdə ağır xəstəliklə mübarizə aparıb.

Larisa Qolubkina kinoda rejissor Eldar Ryazanovun “Qusar balladası” filmi ilə debüt edib.

Şuroçka Azarova rolu ona tamaşaçılar arasında geniş şöhrət və populyarlıq qazandırıb.

Paylaş:
111

Son xəbərlər

Bütün xəbərlər