Qızılın qiyməti 3045 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızılın qiyməti 3045 dolları ötüb

12:55 - 25 / 03 / 2025
Qızılın qiyməti 3045 dolları ötüb

Əmtəə bazarlarında qızıl yenidən bahalaşmaqda davam edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% və ya 1,4 dollar artaraq 3 045,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,43% və ya 0,14 dollar artaraq 33,6 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, qızıl ən yüksək qiyməti bu il martın 19-da qeydə alınıb və 3052 dollara qədər yüksəlib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər