Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

Qafar Ağayev17:39 - 27 / 03 / 2025
Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, bu il martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə, vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər