Emin Əmrullayev Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Qafar Ağayev12:52 - 27 / 03 / 2025
Emin Əmrullayev Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Paris şəhərinə səfəri çərçivəsində Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı doktorantlarla görüşüb.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Fransadakı Mədəniyyət Mərkəzində baş tutan görüşdə Emin Əmrullayev ölkəmizdə elm və təhsil sahəsinin inkişafına davamlı göstərilən dövlət qayğısını vurğulayaraq ali təhsil sistemində son illərdə aparılan islahatlar, təhsil sistemindəki yeniliklər barədə tələbələrə məlumat verib. Nazir Qarabağ Universitetində mövcud olan tədris imkanlarını, o cümlədən xaricdə təhsil üzrə cari Dövlət Proqramının müddətinin 2028-ci ilədək uzadılması və doktorantlar üçün müvafiq kvotanın ayrılması məsələlərini xüsusilə vurğulayıb.

Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorantların gələcəkdə akademik və elmi fəaliyyəti ilə bağlı imkanlarına dair müzakirələr aparıb.

Nazir gənclərimizi təhsillərini bitirdikdən sonra ölkəmizdə elmi fəaliyyətlə məşğul olmağa, elm və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər