Dövlət başçısı: Biz Cənubi Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik | 1news.az | Xəbərlər
Siyasət

Dövlət başçısı: Biz Cənubi Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik

Qafar Ağayev10:54 - 04 / 04 / 2025
Dövlət başçısı: Biz Cənubi Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik

İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

“Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. “Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”, - deyə Prezident vurğulayıb.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər