Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb

09:05 - 07 / 05 / 2025
Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə 1news.az-a XİN-dən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər