Səudiyyə Ərəbistanının Kralı Dövlət Başçısına təbrik məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Səudiyyə Ərəbistanının Kralı Dövlət Başçısına təbrik məktubu ünvanlayıb

15:02 - 20 / 05 / 2025
Səudiyyə Ərəbistanının Kralı Dövlət Başçısına təbrik məktubu ünvanlayıb

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın məlumatına görə, mətndə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər