Denis Beçiroviç İlham Əliyevə təbrik məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Denis Beçiroviç İlham Əliyevə təbrik məktubu ünvanlayıb

16:29 - 02 / 06 / 2025
Denis Beçiroviç İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbət verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram. Sizə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.

Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında möhkəm dostluq əlaqələrinin və qarşılıqlı hörmətin olduğunu vurğulamaqdan məmnunluq duyuram.

Mən ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızı bundan sonra da möhkəmləndirmək və dərinləşdirmək üçün birgə səylər göstərəcəyimizə əminəm.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər