Mikayıl Cabbarov Pakistanın neft naziri ilə görüş keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov Pakistanın neft naziri ilə görüş keçirib

Qafar Ağayev17:52 - 04 / 06 / 2025
Mikayıl Cabbarov Pakistanın neft naziri ilə görüş keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında sənaye, ticarət və logistika istiqamətləri üzrə tərəfdaşlığın genişləndiyi nəzərə çatdırılıb. Özəl sektor nümayəndələrinin iştirakı ilə mütəmadi keçirilən tədbirlərin işgüzar dairələr arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə töhfə verdiyi bildirilib.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsi, enerji sahəsində həyata keçirilən qlobal layihələr və yaşıl enerji üzrə işbirliyi imkanları barədə fikir mübadiləsi aparıblar.

Paylaş:
136

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər