Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

18:18 - Bu gün
Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Şimali Makedoniya Respublikası Assambleyasının sədri ilə görüşdə enerji, Orta Dəhliz, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.

Görüşdə Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 27%-dən çox olub. Bununla belə, birgə səylərin gücləndirilməsi qarşılıqlı ticarəti daha da artıra bilər.

Qonaqlara Azərbaycanın biznes və investisiya imkanları haqqında məlumat verilib və Şimali Makedoniyanın iş adamları fəal işbirliyinə dəvət olunub.

Tərəflər enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər