Könül Nurullayeva: Zatulin yenə separatçılara himayədarlıq edə biləcəyini xəyal edir | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: Zatulin yenə separatçılara himayədarlıq edə biləcəyini xəyal edir

21:58 - 05 / 08 / 2025
Könül Nurullayeva: Zatulin yenə separatçılara himayədarlıq edə biləcəyini xəyal edir

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin həmişə Azərbaycana qarşı qərəzli mövqedə olub. O, işğal dövründə də Qarabağda “status-kvo”nun saxlanmasının, vəziyyətin işğalçının xeyrinə dəyişməsinin tərəfdarı idi.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Son vaxtlar xüsusilə Bakı-Moskva arasında münasibətlərin gərginləşməsini özü üçün “fürsət” kimi dəyərləndirən Zatulin yenə öz ampluasındadır. Ölkəmizə qarşı qara piar kampaniyasının önündə gedən bu ermənipərəst ünsür antiAzərbaycan ritorikasını davam etdirir, ölkəmizə qarşı məsuliyyətsiz bəyanatlar səsləndirir. Xankəndidə erməniəsilli rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsinə əsassız şəkildə narazılıq edən Zatulinin növbəti isterikası onun yenidən reallıq hissini itirdiyini təsdiqləyir. Zatulin zənn edir ki, 30 illik işğal dövründə olduğu kimi yenə separatçılara himayədarlıq edə biləcək. Onun “abidə canfəşanlığı” əslində erməni lobbisinə yarınmaqdır. 5 ildir regionda Azərbaycanın yaratdığı yeni reallıqlar Zatulin kimi qaraguruhların necə deyərlər, kefinə soğan doğrayıb. Xüsusilə Azərbaycanın qələbəsilə başa çatan uğurlu antiterror əməliyyatlarından sonra təxribatçıların məkrli planları tamamilə alt-üst oldu. Azərbaycanın tarixi torpaqlarında milli toponimləri erməni adları ilə təqdim etməklə reallıqları dəyişəcəklərini zənn edirlər.

Azərbaycan Rusiya başda olmaqla bütün tərəfdaşlarından öz ərazi bütövlüyü və suverenliyinə dəstək tələb edir. İşğal dövründə hər fürsətdə Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid mövqeyində olanlar son 5 ildir mövcud reallığı qəbul etməyə məcburdur. Zatulinin isterikasının da əsas səbəbi budur. Lakin bir həqiqət var ki, heç kim Azərbaycanla hədə, təhdid dilində danışa bilməz.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər