Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib

15:28 - Bu gün
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib

Bakıda Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan, dövlət qeydiyyat nişanı olmayan, avtomobilində konstruksiya dəyişikliyi etmiş və sürücülük hüququ məhdudlaşdırılmış "Renault" markalı, 01-CB-813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib:

"Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Məhəmməd Əzizov saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün ərazi polis orqanına təhvil verilib".

Məlumatda qeyd edilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib:

"Məhkəmənin qərarı ilə M.Əzizov 20 sutka inzibati qaydada həbs edilib".

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər