Agentlik: Ümumi təhsil müəssisələrində 4 növ məktəbli forması tətbiq olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik: Ümumi təhsil müəssisələrində 4 növ məktəbli forması tətbiq olunur - FOTO

Qafar Ağayev10:51 - Bu gün
Agentlik: Ümumi təhsil müəssisələrində 4 növ məktəbli forması tətbiq olunur - FOTO

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib.

1news.az-ın Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən məlumatına görə, Qərara uyğun olaraq, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur.

Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bu məsələ ilə bağlı müvafiq qərar qəbul edib. Valideynlər, xüsusilə birinci sinfə başlayan şagirdlərin valideynləri, məktəbli forması barədə ətraflı məlumatı Agentliyin və yerli bölmələrinin çağrı mərkəzlərindən, həmçinin uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər