Türkiyəli nazir “COP 31”dən danışdı: Azərbaycanın təcrübəsi bizim üçün önəmlidir
"COP31-in artıq tətbiqə keçilən, qərarların sahədə birbaşa izlənildiyi bir proses olmasını istəyirik".
1news.az xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31-in Prezidenti Murat Kurum XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan "COP-u yaşatmaq uğrunda mübarizə" adlı panel sessiyada deyib.
M.Kurum çıxışında iki ölkə arasındakı qardaşlıq bağlarını və Azərbaycanın uğurunu vurğulayıb:
"Biz bu gün iki dövlət, tək millət olmaqdan qürur duyduğumuz Azərbaycanımızda olmaqdan şərəf duyuruq. Azərbaycanlı dostlarımız, qardaşlarımız COP29-da dünyanın gözləmədiyi böyük bir uğuru ortaya qoydular".
Nazir Türkiyənin iqlim layihələrindən bəhs edərkən "Sıfır Tullantı" təşəbbüsünün əhəmiyyətinə diqqət çəkib:
"COP31-də fəaliyyət gündəliyimizin əsas başlıqlarından biri 'Sıfır Tullantı' layihəmiz olacaq. Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə artıq bir dünya markasına çevrilmiş bu layihəni bütün dünyaya yayacağıq. BMT nəzdində 'Sıfır Tullantı Günü' elan etdiyimiz layihələrimizi Antalyada geniş şəkildə tətbiq edəcəyik".
M.Kurumun sözlərinə görə, Türkiyə COP31-i "Gələcəyin COP-u" olaraq görür:
"COP prosesinin sadəcə müzakirə salonlarında qərar qəbul edilən bir platforma olmasını istəmirik. Bakıdan Belm şəhərinə qədər olan yolda əldə edilən nəticələr bizim üçün yol göstəricidir. 'Trayoka' dediyimiz keçmiş, gələcək və mövcud başkanlar arasında inamın və konkret nəticələrin gücləndirildiyi bir dönəmi yaşadacağıq. Vizyonumuz aydındır: Dialoq, Razılaşma və Fəaliyyət".












