Bakıda PR Forum 2025 keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda PR Forum 2025 keçiriləcək

15:33 - Bu gün
Bakıda PR Forum 2025 keçiriləcək

Azərbaycanın ən nüfuzlu kommunikasiya tədbirlərindən biri olan PR Forum 2025 bu il 10 oktyabr tarixində Yelo Bank-da , Finance Time Şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Forumun əsas mövzuları Korporativ Sosial Məsuliyyət (KSM) və Marka dəyərinin idarə olunması olacaq.

Tədbirdə ölkənin aparıcı PR mütəxəssisləri, biznes liderləri, media nümayəndələri və kommunikasiya üzrə ekspertlər bir araya gələrək brendlərin cəmiyyət qarşısında məsuliyyətli mövqeyi və dayanıqlı dəyərlərin biznes strategiyalarına inteqrasiyası barədə müzakirələr aparacaqlar.

KSM artıq sadəcə sosial layihələr deyil, brendlərin nüfuzunun formalaşmasında, ictimai etimadın möhkəmləndirilməsində və marka dəyərinin uzunmüddətli qorunmasında strateji alətə çevrilib. PR Forum 2025 bu transformasiyanı əhatəli şəkildə dəyərləndirəcək.

Forum iştirakçılarına panel müzakirələri, təqdimatlar və şəbəkələşmə imkanları təqdim olunacaq. Əsas məqsəd — Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğun kommunikasiya yanaşmalarını gücləndirmək, yeni əməkdaşlıqlar üçün zəmin yaratmaq və biznes–cəmiyyət dialoqunu daha da möhkəmləndirməkdir.

Tarix: 10 oktyabr 2025

Məkan: Yelo Bank,Baş ofis binası

Ətraflı: www.prforum.az

Qeydiyyat linki - https://www.prforum.az/registration.php

Reklam hüququnda

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər