Şahin Şıxlinskinin həbs müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahin Şıxlinskinin həbs müddəti uzadılıb

14:52 - Bu gün
Şahin Şıxlinskinin həbs müddəti uzadılıb

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün onun barəsində həbs-qəttimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Verx-İsetski Rayon Məhkəməsi Şahin Mütvalı oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

Ş. Şıxlinskinin həbs müddəti dekabrın 30-dək uzadılıb.

O, qətlə cəhddə və dövlət məmuruna qarşı zorakılıqda iştirakda ittiham olunur.

Şahin Şıxlinskinin vəkili bir müddət əvvəl yerli KİV-ə bildirib ki, müvəkkili özünü təqsirsiz hesab edir və həbs qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər