“Şəhər İçində Şəhər” – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri - FOTO

Azərbaycanın qədim şəhərlərindən olan Gəncə bu gün sürətli inkişaf dövrünü yaşayır.
Yeni layihələr şəhərə gözəllik qatır, sakinlərə rahatlıq və müasir həyat tərzi təqdim edir. Bu inkişafın ən böyük nümunəsi isə “MEMAR Properties” şirkətinin inşa etdiyi “Gəncə Park City” layihəsidir.
Heydər Əliyev Parkının yaxınlığında yerləşən layihə 22 hektarı əhatə edir. İlk mərhələ – “Gəncə Park Residence” 4,2 hektarda reallaşır və 750 mənzildən ibarət olacaq.
Layihənin memarlığında Gəncənin tarixi üslubu ilə müasir dizayn birləşir. Qırmızı kərpic elementləri, klassik ornamentlər və yeni texnologiyalar harmonik şəkildə tətbiq edilir. Kompleksdə 1–4 otaqlı mənzillər təqdim olunur.
Layihədə həm də iki mərtəbəli yeraltı dayanacaq və yerüstü dayanacaq yerləri də mövcuddur ki, bu da sakinlərə rahat maşın saxlamağa imkan yaradacaqdır.
“Gəncə Park City”də yalnız mənzil deyil, tam bir həyat tərzi təqdim olunur: alış-veriş və əyləncə mərkəzləri, məktəb, uşaq bağçası, otel və biznes mərkəzi, sağlamlıq və idman obyektləri, geniş yaşıllıq zonaları. Burada hər şey bir addım uzaqlıqda olacaq.
Binalar ən yüksək keyfiyyətli materiallardan inşa olunur və 8 bala davamlıdır. Ərazi 24/7 mühafizə sistemi və müasir giriş-çıxış texnologiyaları ilə təchiz ediləcək.
Bu layihə Gəncə ilə yanaşı bütün Cənubi Qafqaza müasir həyat modeli gətirir.
“Gəncə Park City” – rahatlıq, biznes imkanları və turizm üçün yeni standart yaradır.
2027
+99450 219 20 27
Reklam hüququnda







