Elm və Təhsil Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Elm və Təhsil Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib

17:50 - Bu gün
Elm və Təhsil Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər