Ballıqaya kəndi ərazisində 10 və daha artıq şəxsə aid olan qalıqlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ballıqaya kəndi ərazisində 10 və daha artıq şəxsə aid olan qalıqlar aşkarlanıb

13:48 - Bu gün
Ballıqaya kəndi ərazisində 10 və daha artıq şəxsə aid olan qalıqlar aşkarlanıb

Ağdərənin Ballıqaya kəndi ərazisində axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ağdərədə jurnalistlərə müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Z.İsmayılov bildirib ki, insan qalıqlarının aşkar edildiyi yerlər əlverişli döyüş mövqeyi olub: “Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Narışlar kəndlərini nəzarətdə saxlamaq olur. Birinci Qarabağ müharibəsi dövründə bu ərazilərdə qızğın döyüşlər gedib. Şahidlərin ifadələrinə görə, 1993-cü ilin yanvar ayında Azərbaycan Ordusunun bir bölməsinin hərbçiləri mühasirəyə düşərək həlak olublar. Axtarışlar zamanı burada 10 və daha artıq insana məxsus qalıqlar aşkarlanıb. Bu, ilkin vəziyyətdir. Burada işlər davam etdiriləcək, ərazi daha geniş axtarılacaq. Qalıqlar götürüləndən sonra alt hissə bir də yoxlanılacaq. İstisna olunmur ki, bu say artsın”.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər