Qəbələdə yolu keçən iki qadını maşın vurdu

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
1news.az "Unikal"a istinadən xəbər ki, Qəbələ şəhəri ərazisində yolu keçmək istəyən 2 nəfəri “Hyundai” markalı minik avtomobili vurub.
Hadisə zamanı xəsarət alan 29 yaşlı Günay Vahabzadə və 62 yaşlı Yaqut Bəkirova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
92